Kateqoriyasız

Alfred Sanko: “Necə olur axı…”

“Xəzər Lənkəran”ın futbolçusu Alfred Sanko“Neftçi” ilə 2:2 hesabı ilə bərabərə qaldıqları oyunu şərh edib.

Sanko İdmanxeber.com-a açıqlamasında hakimlik haqda da danışıb:

“Mən baş hakimin verdiyi qərarları heç cür başa düşə bilmədim. Necə olur axı biz qaydanı pozanda həmin an xəbərdarlıq etmədən sarı vərəqə verir, rəqibin futbolçularına isə ancaq xəbərdarlıq edirdi. Düzdü, ilk sarı vərəqədən sonra aqressiv oynadım və haqlı olaraq ikinci sarı vərəqəni aldım. Ancaq birinci sarı vərəqə ədalətli deyildi. Məncə hakim oyunu düzgün idarə etmədi. Buna rəğmən nəticədən razıyıq. Sona kimi mübarizə aparıb, gücümüzü göstərə bildik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43