Dünya futbolu

Alleqri: “Monako”nu evində məğlub edən ilk komanda olmaq istəyirik”

Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində “Yuventus” səfərdə “Monako”nun qonağı olacaq.

Matçdan öncə keçirdi Turin klubunun baş məşqçisi Massimiliano Alleqri mətbuat konfransında fikirlərini oyun haqqında bunları deyib:

“Monako” bu mövsüm əla formadadır. Bu komanda doğma meydanında daha güclü çıxış edir. Öz oyunumuzu nümayiş etdirməliyik. “Monako”nu bu mövsüm Çempionlar Liqasında doğma meydanında məğlub etməyi bacaran ilk komanda olmaq istəyirik.

Rəqibin Falkao, Mbappe kimi hücumçuları var. Artıq “Monako” müdafiə deyil, hücum futbolu oynayır. Rəqib çox təhlükəlidir və bütün futbolçuları yaxşı formadadır”

“Monako” – “Yuventus” matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43