Kateqoriyasız

Almaniya İtaliyanı məğlub edib yarımfinala yüksəldi (YENİLƏNİB)

Fransada təşkil olunan AVRO-2016-da 1/4 finalın oyunları davam edir.

İdmanxeber.com-un məlumatına görə, bu gün daha bir yarımfinalçının adı məlum olacaq.

Turnirin iki favorit komandası – Almaniya və İtaliya milliləri münasibətlərə aydınlıq gətirəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu oyunda qalib gələn komanda yarımfinalda Fransa – İslaniya cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, artıq ilk yarımfinalçılar bəllidir.  Final uğrunda Uels və Portulqaliya milliləri mübarizə aparacaq.

2 iyul

23:00. Almaniya – İtaliya 1:1 (penaltilər – 6:5)
Qol: 
Məsut Özil, 65 (1:0), Bonucci, 78-pen. (1:1)
Baş hakim: Viktor Kaşşai
Yan xətt hakimləri: Qyorqi Rinq, Ventsel Tot
Əlavə köməkçi hakimlər: Tamaş Boqnar, Adam Farkaş (hamısı Macarıstan)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43