Dünyadan

Almaniya klubu “Qalatasaray”ın futbolçusunu transfer etdi

İsveçrənin “Qrashopper” klubundan böyük ümidlərlə transfer olunan İzzet Hayroviç “Qalatasaray”dan rəsmən ayrılıb.

İdmanxeber.com-un məlumatına görə, Bosniya və Hersoqovina milli komandasının üzvü bundan sonra karyerasını Almaniya Bundesliqasında davam etdirəcək. O, Bremenin “Verder” klubu ilə 4 illik müqavilə imzalayıb.

Bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43