Ölkə futbolu

Almeyda “Neftçi”yə qarşı oynayacaq?

Sabah Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ” “Neftçi”nin qonağı olacaq.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubu qarşılaşmaya Riçard Almeydasız çıxa bilər. Braziliyalı yarımmüdafiəçi bu gün MRT müayinəsindən keçəcək və bundan sonra onun sabahkı matçda iştirak edib-etməyəcəyinə aydınlıq gələcək.

Qeyd edək ki, sözügedən matç martın 30-da “Bakcell Arena”da keçiriləcək və saat 19:30-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43