Dünya futbolu

“Qalatasaray”da ciddi itki

“Qalatasaray”ın heyətində ciddi itki baş verib. “Sarı-qırmızılar”ın aparıcı futbolçularından olan Armindo Bruma sıradan çıxıb.

İdmanxeber.com-un məlumatına görə, gənc yarımmüdafiəçi Portuqaliyanın U-21 milli komandasının düşərgəsində zədələnib.

Klubun rəsmi saytından verilən açıqlamada bildirilir ki, ulduz futbolçu 3 həftə yaşıl meydanlardan kənar qalacaq. Onun Super Liqada “Adanaspor” və “Başakşekir”lə matçlarda oynamayacağı dəqiqdi. 21 yaşlı futbolçusunun 23-cü turda “Fənərbaxça” ilə derbiyə kimi hazır olacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43