Dünya futbolu

Alonso “Barselona”nı tərk edir

”Barselona”da yeni mövsümdə olmayacaq oyunçular yavaş-yavaş bəlli olur.

İdmanxeber.az məlumat verir ki, bu oyunçulardan biri Markos Alonsodur. O, yayda Katalon klubunu azad agent kimi tərk edəcək.

Alonso 2022-ci ilin yayından “Barselona”da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə cəmi 7 oyuna çıxa bilib.

Serxi Robertonun da yayda “blauqrana”nı tərk edəcəyi gözlənilir. Ancaq onun gələcəyi Xavinin “Barselona”da qalıb-qalmamağından asılı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43