Dünya futbolu

Amerika klublarına Messi üçün xüsusi güzəşt

Lionel Messinin karyerası ilə bağlı bəlirlsizlik davam edir.

İdmanxeber.az-ın məlumatına görə, ulduz futbolçunun adı daha öncə Amerika klubu “İnter Mayami” ilə hallanırdı. Ancaq MLS təmsilçisinin Messi üçün yüksək maaş verə bilməyəciyi bəlli olub.

“Diario Sport” nəşri yazır ki, Amerika Liqası Leo üçün xüsusi qərar qəbul edib. Belə ki, MLS klublarına Messini transfer etməsi üçün maddi yardım göstəriləcək. 

Buna səbəb argentinalının ölkəyə gəlişinin yayım gəlirlərinə və ölkə futbolunun inkişafına səbəb olması kimi göstərilir.

MLS rəhbərliyi düşünür ki, Messinin çemponata gəlişi Amerikada futbolun təbliğatında mühüm rol oynayacaq.

Xatırladaq ki, Leonun PSJ ilə müqaviləsi mövsüm sonu başa çatır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43