Dünya futbolu Milli komanda

Canni De Byazi “Sabah”ın oyunçularını kənarda saxladı

Millimizin AVRO-2024 seçmə mərhələsində İsveçlə oyun üçün 23 nəfərlik sifariş ərizəsi müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, yığmamızın baş məşqçisi Canni De Byazi müdafiəçi Tellur Mütəllimov və yarımmüdafiəçi Ceyhun Nuriyevin (hər ikisi “Sabah”) adını iştirak ərizəsinə daxil etməyib.

Avstriya ilə oyunun (1:4) heyətində olmayan Azər Salahlı (“Neftçi”) və Rüstəm Əhmədzadə (“Zirə”) isə bu dəfə baş məşqçinin sərəncamında olacaq.

İsveç – Azərbaycan oyunu saat 22:45-də başlayacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43