Dünya futbolu

“Mançester Yunayted” millinin hücumçusunu istəyir

“Mançester Yunayted” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, Premyer Liqa klubu danimarkalı futbolçu Rasmus Xoylundu heyətinə qayıtmaq niyyətindədir. “Atalanta”nın futbolçusu bu yaxınlarda İtaliya mətbuatına açıqlmasında “qırmızı şeytanlar”ın heyranı olduğunu bildirib.

A Seriyası təmsilçisi 20 yaşlı futbolçu üçün 60-70 milyon avro təzminat tələb etməyə hazırlaşır. Rasmusun klubu ilə 2027-ci ilə qədər müqaviləsi var. 

20 yaşlı hücumçu cari mövsüm “Atalanta”da 33 oyunda forma geyinib və 14 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43