19 Sentyabr 2024
Dünya futbolu

Amerika millisinin oyunçusu La Liqa klubunda

“Betis” amerikalı yarımmüdafiəçi Conni Kardosonu transfer edib.

İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı futbolçu Braziliya “İnternasional”ından keçib və 2029-cu ilə qədər müqavilə imzalayıb.

O, 2019-cu ildə Braziliya klubunun əsas komandasında debüt edib. Kardozo həm də ABŞ millisinin üzvüdür və onun üçün 9 rəsmi oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43