Ölkə futbolu

“Amma düzünü desəm, mən bunu meydanda da hiss edirəm“ – Qurban Qurbanov

“Futbolçularıma təşəkkür edirəm. Azarkeşlərüçün maraqlı oyun oldu. İlk matç idi. Rəqibin əvvəlki müsahibələrinə qulaq asmışdıq, istəkli idilər. Biz də ciddi yanaşmışdıq. İki fərqli hissə oldu. İlk yarıda üç qol vursaq da, ikinci yarıda qol epizodlarımız daha çox idi. Amma həmin epizodlara qeyri-ciddi yanaşmaqlarına görə narazı qaldım. İndi də futbolçularımla söhbətim oldu. Fikirlərimi bildirdim. Oyunlara baxıb, epizodları daha geniş müzakirə edəcəyik. Bu günə qədər çox gərgin oyunlar keçiriblər. Fiziki və psixoloji yorğunluq var. Bu bizim işimizdir. Hər oyuna ciddi yanaşmalı, keyfiyyətimizi qoruyub-saxlamalıyıq. Bu oyun bizə nəticə baxımından və digər detallar yöndən yaxşı faydası olacaq. “Neftçi”yə uğurlar arzulayıram. Stadionda əsl aristokrat azarkeşlər var idi”.

İdmanxeber.az məlumat verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ölkə kubokunun yarımfinal mərhələsində “Neftçi”yə qarşı ilk oyundan sonra mətbuat konfransında deyib. O, daha sonra fikirlərinə belə davam edib:

“Dəfələrlə bildirmişəm ki, şan-şöhrətə tab gətirmək, dözmək çətindir. Amma klubumuza rəsmi təklif yoxdur. Məni narahat edən məqam da odur ki, çox yazılar olur, çox fikirlər bildirilir. Ayrı-ayrı futbolçularda hiss olunur ki, sanki onlara təkliflər çoxdur. Bəlkə bilmədiyimiz məqamlar var. Amma düzünü desəm, mən bunu meydanda da hiss edirəm. Əfsuslar olsun. Təkbətək danışanda fərqli cavablar alıram. Amma özlərini oyuna nə qədər hazırlaşdırsalar da, meydanda əvvəlki aqressiyası olmur. Bu da normal haldır. Hamımız bunu keçmişik. Yaxın vaxtlarda bunu aradan qaldıracağıq. Futbolçularım peşəkardır. Hamısı yaxşı insanlardır, sözlərə qulaq asan, əməl edən idmançılardır”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43