Kateqoriyasız

“Anderlext” – “Qarabağ” oyununu canlı yayımlayacaq kanallar

UEFA Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində təmsilçimiz “Qarabağ” Belçikada “Anderlext”in qonağı olacaq.

İdmanxeber.com-un məlumatına görə, qrupdan çıxmaq şanslarını hələ də saxlayan “Qarabağ”ın “Anderlext”lə səfər oyununu Rusiyanın “Sport” kanalı canlı yayımlayacaq. Bu ölkənin “NTV+1” kanalı isə matç bitdikdən sonra oyunu videoyazı şəkilində azarkeşlərə nümayiş etdirəcək. 

Ölkəmizdə isə bu oyunu İdman Azərbaycan canlı yayımlayacaq.

Qeyd edək ki, Brüsseldə baş tutacaq matç saat 00:05-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43