Ölkə futbolu

Andrey Lunyov: “Bu cür xəbərlərə fikir vermirəm”

“Bütün məsələlər mövsümün sonunda həll olunacaq. Bu cür xəbərlərə fikir vermirəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın qapıçısı Andrey Lunyov Ağdam təmsilçisi ilə razılaşdığı barədə çıxan iddialara cavab verərkən deyib. O, daha sonra belə davam edib:

“Hər bir futbolçu haqqında yazılması normaldır. Bütün diqqətimi komandam üçün oynamağa və mövsümün sonuna yönəltmişəm. Qarşıda bizi vacib matçlar, kubokun finalı gözləyir”.

32 yaşlı qolkiperin “Qarabağ”la müqavilə müddəti 2024-cü il iyunun 30-da başa çatacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43