Ölkə futbolu Premyer Liqa

“Kəpəz”in “A” və “B” planı: Gəncə klubu cavab gözləyir

“Kəpəz” Gəncə şəhər stadionunda görülən yenidənqurma işləri ilə əlaqədar yeni mövsümdən də oyunlarını doğma publika qarşısına keçirə bilməyəcək.

İdmanxeber.az-ın məlumatına görə, “sarı-göylər” 2024/2025 mövsümündə rəqiblərini Tovuz şəhər stadionunda qəbul etmək istəyir. “Turan Tovuz”un ev oyunlarını keçirdiyi arenanın ot örtüyü təbii ilə əvəzlənməsi səbəbindən, klub rəhbərliyi “Kəpəz” tərəfinə konkret cavab verə bilmir. Yolun yaxın olması baxımından daha az məsrəf edəcək “Kəpəz” üçün Tovuz variantı “A” planı olmaqda qalmaqdadı.

Əgər gəncəlilər qarşı tərəfdən müsbət cavab ala bilməsə, “B” planı işə düəcək. Belə olacağı təqdirdə, “Kəpəz” ev oyunlarını Qəbələ şəhər stadionunda keçirə bilər.

Məsələyə yaxın 2 həftə ərzində aydınlıq gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43