Dünya futbolu

“Anji”nin futbolçusu Fransa yolunda

Qış olmasına baxmıyaraq "Anji"də "yarpaq tökümü" hələ də davam edir. Bu dəfə Lasina Trayore klubunu dəyişməyə çox yaxındı. Futbolçu Fransanın "Monako" klubuna keçmək niyyətindədir. Bunu həm fransızların baş məşqçisi Klaudiyo Ranyeri, həm də futbolçunun özü mətbuata açıqlamasında bildirib. Afrikalı oyunçunun dediyinə görə, müqavilə 5 illik nəzərdə tutulub. Artıq müqavilə bu cümə günü bağlana bilər.

Başqa bir məlumat da mövcuddur ki, Trayore "Monako"ya keçəndən sonra, mövsümün sonuna qədər İngiltərənin "Uest Hem" klubuna icarəyə verilsin.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43