İdman

“Anortosis” Araz Abdullayevə söz verdi, komanda yoldaşları onu təbrik etdi – VİDEO

Kiprin “Anortosis” klubu dünən Araz Abdullayevin ad gününü qeyd edib.

İdmanxeber.com-un məlumatına görə, aprelin 18-də 26 yaşı tamam olan millimizin üzvünün şərəfinə məşqdən öncə tort kəsilib.

A.Abdullayev komanda yoldaşlarına təşəkkür edib: “Bizim çox yaxşı futbolçulardan təşkil olunmuş əla komandamız var. Çempionatın başa çatmasına 4 oyun qalıb. İnanıram ki, avrokuboka vəsiqə qazanmaq üçün yaxşı nəticə əldə edəcəyik”.

Qeyd edək ki, A.Abdullayevin mövsümün sonu müqavilə ilə məxsus olduğu “Qəbələ”yə qayıdacağı iddia olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43