Ölkə futbolu

Ansi Aqollinin “Qarabağ”dan ayrılacağı dəqiqləşdi

“Qarabağ”ın albaniyalı futbolçusu Ansi Aqolli karyerasını Amerikada davam etdirəcək

36 yaşlı müdafiəçi “Nyu-York Kosmos” klubu ilə 1 illik anlaşıb.

“Nyu-York Kosmos” Şimali Futbol Liqasında mübarizə aparır (II Liqa). Aqolli həyat yoldaşının Amerikada yaşamasına görə bu seçimi edib. Ağdam klubu ayrılığı tezliklə rəsmən açıqlayacaq.

Aqolli 2010-cu ildən “Qarabağ”da çıxış edirdi. Albaniya millisinin sabiq üzvü Ağdam klubunda 5 dəfə ölkə çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43