Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”la qarşılaşcaq APOEL ciddi itki ilə üzləşib.
İdmanxeber.az-ın məlumatına görə, Kipr klubunun 22 yaşlı oyunçusu Musa Əl-Tamari ÇL-in ikinci mərhələsinin “Sutyeska” (Monteneqro) ilə cavab matçında (3:0) sıradan çıxıb.
Onun azı bir həftə oynaya bilməcəyi açıqlanıb. Buna görə də, iordaniyalı futbolçunun “Qarabağ”la ilk oyunu buraxcağı bildirilir.
Xatıladaq ki, APOEL-la “Qarabağ” arasında birinci qarşılaşma avqustun 6-da Nikosiyada keçiriləcək.