“Futbolun yazılmayan qaydaları var. Son matçlarda komanda yaxşı oynayır. Sadəcə qələbə qazana bilmirik. Bu gün meydanda “Kəpəz” var idi. Hər iki hissədə qol epizodlarımız oldu. Çox təəssüf ki, qalib gələ bilmədik. Gələcəyə baxmalıyıq. Bizi qarşıda çox çətin ikinci yarı gözləyir. Qışda yaxşı seleksiya etməliyik”.
İdmanxeber.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 18-ci turunun “Sumqayıt”la(0:0) oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, daha sonra belə davam edib:
“Hazırkı büdcəmizlə heyətdə böyük dəyişikliklər etmək mümkün deyil. Sadəcə 3-4 futbolçunu dəyişmək istəyirik. Bu yöndə işlərimiz gedir. Əsasən də qol hissiyyatı olan futbolçular axtarırıq. Bəkə də çempionatda heç kimin bizim qədər qol epizodu olmur. Amma dəyəndirə bilmirik. Buna görə də heyfslənirik”.

