Dünyadan

Aqueronun Çempionlar Liqasındakı unudulmaz xatirələri

“Mançester Siti”nin argentinalı ulduzu Serxio Aquero, Çempionlar Liqasındakı unudulmaz xatirələrindən danışıb.

İdmanxeber.com-un məlumatına görə Aquero, ”Atletikoda oynadığım dövrdə komanda illərdir ki, Çempionlar Liqasında mübarizə aparmırdı. Daha sonra təsnifat mərhələsini keçib qruplarda mübarizə etmə haqqı qazandıq. Azarkeşlər qədər bizlər də çox həyəcanlıydıq. O dövrdə PSV-yə iki qol vura bilmişdim. Unudulmaz bir dövr idi”, – deyə bildirib.

“Mançester Siti”dəki unudulmaz anlarından da danışan Aquero, ”Komanda Çempionlar Liqasına qatılırdı, ancaq qrupdan çıxa bilmədiyi üçün heç kim sevinə bilmirdi. 2014-15 mövsümündə qrupdan çıxmağı bacardıq. Bavariya zəfəri çox əhəmiyyətli idi. O matçı mütləq qazanmağımız lazım idi. Məğlub olarkən, mənim üç qolumla qazandıq. Təbii ki, bu mənim üçün unudulmaz bir xatirə idi”, – deyə futbolçu qeyd edib.

Çempionlar Liqasının çətin bir yol olduğunu ifadə edən Agüero fikirlərini bu cür yekunlaşdırıb: ”Bura çox çətin turnirdir. Keçən mövsüm əslində çox da yaxşı futbol sərgiləmədiyimiz halda yarım-finala çıxa bildik. Burada hər şey mümkündür. Real Madridə məğlub olduq və onlar da kuboku qazandı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43