Ölkə futbolu

Araz Abdullayev: “Neftçi”də olduğu kimi burada da böyük rəqabət var”

“Fikrimcə, azarkeşlər maraqlı oyunun şahidi oldular. Səfərdə oynadığımızı nəzərə alsaq, 1 xalı yaxşı nəticə saymaq olar”. Bu sözləri İsraillə oyunla bağlı danışarkən millimizin üzvü Araz Abdullayev deyib.

“Neftçi”nin yarımmüdafiəçisi yığmada rəqabətin güclü olduğunu bildirib: “Milli komandaya mütəmadi dəvət almaq üçün daim yaxşı formada olmalısan. “Neftçi”də olduğu kimi burada da böyük rəqabət var”.

Araz seçmə mərhələdəki növbəti oyunusuzla bağlı da danışıb: “Seçmə mərhələdəki növbəti oyunumuzu evdə Şimali İrlandiyaya qarşı keçirəcəyik. Qələbə qazansaq, turnir cədvəlində 4-cü pilləyə yüksələcəyik. İnanıram ki, bunun öhdəsindən gələcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43