Premyer Liqa

“Sumqayıt” “Simurq”la oyun hazırlaşır

“Sumqayı” klubu Topaz Premyer Liqasının növbəti turu çərçivəsində Qəbələ şəhər stadionunda “Simurq”un qonağı olacaq.

Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, komanda Sumqayıt İdman Mərkəzində bu oyun üçün hazırlıqlarını davam etdirir.

A millinin heyətindən qayıdan Ruslan Qurbanov, Anar Nəzirov və U-21-də yer almış Nurlan Novruzov, Slavik Alxasov, Elşən Abdullayev, Kərim Diniyev artıq məşqlərə başlayıb. Aleksandr Çertoqanov yüngül zədəsi olduğu üçün fərdi məşqlərlə kifayətlənib.

Qeyd edək ki, U-19-un heyətində yer alan Ruslan Nəsirli və Orxan Əliyev sabahdan məşqlərə qatılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43