08 Sentyabr 2024
Ölkə futbolu

“Araz-Naxçıvan” 2-ci dövrəyə hazırlaşır

“Araz-Naxçıvan” məşqləri bərpa edib.

İdmanxeber.az-ın məlumatına görə, dekabrın 24-də keçirilən “Turan Tovuz”la oyundan sonra istirahətə yollanan bölgə klubu məşqlərə yenidən başlayıb. Bu gün bir araya gələn komanda üzvləri fitnes zalında məşq edib. “Qırmızı-ağlar” sabahdan etibarən çalışmalarını Bakı Olimpiya Stadionunun ehtiyat meydanında reallaşdıracaq.

Qeyd edək ki, toplanışın ilk mərhələsinin yekununda – yanvarın 10-da Naxçıvan təmsilçisi “Zirə” ilə yoldaşlıq oyunu keçirəcək. Matçın ertəsi gün istirahət edəcək komanda yanvarın 12-də Qəbələyə yola düşəcək. 3 gün orada hazırlıq keçəcək “Araz-Naxçıvan” yanvarın 15-də rayonun eyniadlı komandası ilə üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43