19 Sentyabr 2024
Ölkə futbolu

“Araz Naxçıvan” çətin durumda: Bilet sifariş etdilər, ancaq…

Xəbər verdiyimiz kimi, Tovuzda başlayan güclü külək şəhər stadionunun işıq dirəyinin aşması ilə nəticələnib.

İdmanxeber.az-ın Tovuza ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, məlum hadisədən sonra “Turan Tovuz” – “Araz Naxçıvan” oyunu təxirə salınıb. Matçın sabah oynanılacağı bildirilir.

Lakin “Araz Maxçıvan” tərəfi buna razı deyil. Buna səbəb Naxçıvan klubunun futbolçularının ölkələrinə bilet sifariş etmələridi. İlin son matçını keçirərək səhəri gün ölkəsinə istirahətə yollanacaq legionerlərin hansı addımı atacağı sual olaraq qalır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43