Ölkə futbolu

“Araz Naxçıvan” daha bir transferini reallaşdırdı – RƏSMİ

Heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirən “Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Premyer Liqa təmsilçisi Tərlan Əhmədli ilə 1 illik müqavilə imzalayıb.

Son iki mövsümü “Turan Tovuz”da keçirən 29 yaşlı qolkiper karyerası ərzində “Sumqayıt” və “Qəbələ”nin də formasını geyinib.

Qeyd edək ki, “Araz-Naxçıvan” dünən Urfan Abbasov, Ömər Buludov və Ülvü İsgəndərovu heyətinə qatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43