“Roma”dan icarəyə götürülən “Fiorentina”nın hücumçusu Andrea Belotti yenidən klubuna qayıdacaq.
İdmanxeber.az-ın məlumatına görə, 30 yaşlı italyan Florensiyada qalmaq fikrində deyil. O, “Roma”nın əsas heyətində möhkəmlənməyə çalışacaq.
Belotti 2024-cü ilin yanvarında “Fiorentina”ya icarəyə verilib. O, komandada 22 oyun keçirib, 2 qol vurub və məhsuldar ötürmə edib.