Kateqoriyasız

“Araz-Naxçıvan”da braziliyalı hücumçu

Futzal üzrə UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” heyətinə daha bir hücumçu dəvət edib.

İdmanxeber.az xəbər verir ki, ölkə çempionu braziliyalı forvard Pedro Torreslə anlaşıb. O, təmsilçimizə ancaq Çempionlar Liqasının oyunlarında kömək edəcək. Pedronun adı artıq UEFA-ya göndərilmiş ilkin siyahıya daxil edilib.

23 yaşlı futzalçının son klubu Qazaxıstan “Bayterek”i olub. O, 9 oyunda iştirak edib, 3 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43