Dünyadan

Arda bu gün “Barselona”da debüt edə bilər

“Barselona”nın mövsümün əvvəlində “Atletiko”dan transfer etdiyi Arda Turan ilk matçını keçirməyə hazırlaşır.

İdmanxeber.com-un məlumatına görə, transfer qadağasına görə 6 ay “Barselona”ya kömək etməyən Arda Turan ilk matçını bu gün keçirəcək. Türkiyəli ulduz futbolçu İspaniya kuboku uğrunda keçiriləcək matçda “Espanyol”a qarşı oynayacaq. 

İspaniya kubokunun 1/8 final mərhələsində baş tutacaq derbi saat 23:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43