Kateqoriyasız

Arda Gülər nə vaxt qayıdır?

Karlo Ançelotti Arda Gülərin bir həftə sonra komanda ilə məşqlərə başlayacağını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli baş məşqçi həmçinin Modriçin “Union”la (Berlin) oyunda əsas heyətdə başlayacağını deyib. Dani Karvaxal isə sabahkı oyunu buraxmalı olacaq.

“Real” sabah “Santiyaqo Bernabeu”da Bakı vaxtıyla 20:45-də “Union”u qəbul edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43