Kateqoriyasız

Arif Əsədov: “Xarakter nümayiş etdirib qələbə qazandıq”

Topaz Premyer Liqasının XVI turuna “Bakcell Arena”da yekun vuruldu. Həmin oyunda “Neftçi” “Sumqayıt”ı 3-2 hesabı ilə məğlub etdi.

İdmanxeber.com-un məlumatına görə, “Neftçi”nin baş məşqçisi Arif Əsədov qalib gəldikləri matçı belə şərh edib:

 “4 turdur ki, qələbə qazana bilmirdik. Meydançaya qələbə üçün çıxmışdıq. İlk dəqiqələrdə şanslarımız olsa da, istifadə edə bilmədik. Əvəzində qapımızda qol gördük. “Sumqayıt” yaxşı təsir bağışladı. Buna baxmayaraq, toparlanıb, qələbəni əldə etdik. Biz ilk dəqiqələrdən hücuma atıldıq. Xarakter nümayiş etdirib qələbə qazandıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43