Dünyadan

“Arsenal” ulduz futbolçusu ilə müqavilə yeniləyib

"Arsenal" gənc müdafiəçisi Hektor Bellerin ilə müqavilə yeniləyib.

İdmanxeber.com-un məlumatına görə, bu barədə İngiltərənin "Evening Standard" nəşrində məlumat dərc edilib.

Xəbərə əsasən, sağ cinah müfadiəçisi ilə "topçular" arasında 6,5 illik yeni kontrakt imzalanıb. Bellerínin bu razılaşmadan sonra, həftəlik 100 min pound qazanacağı bildirilir.

Xatırladaq ki, futbolçu ilə uzun müddət "Barselona" klubu maraqlanırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43