19 Sentyabr 2024
Dünya futbolu

“Arsenal” və “Mançester Siti” onu istəyir

”Arsenal” və “ Mançester Siti” yayda Pedrini transfer etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, “Barselona”nın 21 yaşlı yarımmüdafiəçini satmaq fikri yoxdur, ancaq maddi cəhətdən ideal vəziyyətdə olmayan katalon klubu astronomik təklif gəldiyi təqdirdə Pedrini sata bilər.

Pedri bu mövsüm 11 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Transfermarkt portalına görə oyunçunun dəyəri 90 milyon avrodur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43