Dünya futbolu

“Arsenal”ın Avroliqada təxirə salınan oyunun vaxtı açıqlandı

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda təxirə salınan “Arsenal” (İngiltərə) – PSV (Niderland) oyununun keçiriləcəyi vaxt açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, görüş oktyabrın 20-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

“Arsenal” – PSV oyunu sabah – sentyabrın 15-də keçirilməli idi. Lakin matç Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə bağlı yaranan təşkilati problemlərə görə təxirə salınıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43