Kateqoriyasız

Arvopa Oyunları və UNICEF tərəfdaşlığa başladı

Bu gün UNICEF və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi, Azərbaycanda gənclərin həyatını zənginləşdirməyi məqsəd tutan dünyanın ilk əməkdaşlığını elan etmişdir. 

İdmanxeber.com-un məlumatına görə, müqavilə, yeniyetmələrə təhlükəsiz və hərtərəfli idmanın onların həyatına verəcəyi töhfə və onların Oyunların social irsinin inkişafında rolununun genişləndiriləcəyi barədə danışmaq hüququ verir.

Müqavilə, Azərbaycan Respublikası Gənclər və İdman Naziri, Bakı 2015-in Baş İcraçı direktoru cənab Azad Rəhimov və UNİCEF-in Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru, xanım Marie-Pierre Poirier tərəfindən imzalanmışdır.

Cənab Azad Rəhimov Nazir Rəhimov söyləyib: “Bir gənc ölkə kimi, biz davamlı gələcəyi təmin etmək üçün gənclərimizə investisiya qoymağı öhdəmizə götürmüşük. Biz, Avropa Oyunlarının irsini gücləndirmək və bütün Azərbaycanın hər yerində idman vasitəsilə uşaq və gənclərin cəlb olunması üçün UNİCEF ilə sıx çalışaraq imkanları təmin etməkdən məmnunuq.”

Müqaviləyə, Oyunlardan iki gün öncə Bakıda keçiriləcək Təhlükəsiz və Hərtərəfli İdman üzrə Milli Gənclər Müşavirəsinin bir hissəsi olaraq Azərbaycanın 21 rayonunda keçiriləcək onlayn məsləhətləşmələr daxildi. Müqavilənin əlavə məqsədi, gənclərin öz icmalarında idmana cəlb olunmaları və bütün ölkədə inşa edilmiş çoxsaylı idman məkanlarından tam istifadə etmələrini həvəsləndirməkdir.

Xanım Poirier deyib: “Biz, idmanın bütün dünyada həvəsi ruhlandırmaq, insanları bir araya gətirmək, və böyük miqyasda uşaq hüquqları barədə mühüm müraciətləri etmək  üçün çox güclü bir vasitə olduğunu bilirik.”

“Bakı 2015 Oyunları cəmiyyətin bütün təbəqələri arasında uşaq və yeniyetmələrə və bütövlükdə cəmiyyətə investisiya qoymaqa unikal imkan verir. Oyunlar bizə Azərbaycanlı oğlan və qızlar üçün təhlükəsiz və hərtərəfli idman üzrə hüquqları və ən çox kənarda qalmış uşaq və yeniyetmələrin cəlb edilməsi üçün idmanın rolunu müzakirə etmək üçün böyük imkan verir.”

Bakı 2015-in Əməliyyat üzrə Baş Direktoru cənab Saymon Kleq əlavə edib: “UNICEF və Bakı 2015 arasında imzalanmış bu müqavilə Avropa Oyunlarının Azərbaycana gətirdiyi Olimpiya ruhunun təcəssümüdür. Komandam və mən, UNİCEF ilə birlikdə ölkənin gənclərinə idman vasitəsilə həyat dəyişdirəcək imkanları təqdim edəcəyimiz üçün olduqca həyəcanlıyıq.”

Proqram vasitəsilə, yeniyetmələrin idmanın onların həyatlarındakı əhəmiyyətini və Azərbaycanın  Avropa Oyunları və Formula 1 Avropa Qran Pri, İslam Həmrəylik Oyunları və UEFA 2020 yarışları kimi gələcək böyük idman hadisələri ilə bağlı imkanları müzakirə etmək üçün imkanları olacaq. Onlar həmçinin digər qlobal idman tədbirinə ev sahibliyi etmiş və edəcək Braziliyadan olan həmyaşıdları ilə idman hadisələrinin irsi barədə məlumat və fikirlərinin mübadiləsini aparacaq.

Bu müqaviləyə əsasən, Bakı 2015 həmçinin, rəsmi yayım kanalları və social media vasitəsilə, bütün dünyadan olan Bakı 2015 idmançı və tamaşaçılarının həvəsini gətirməkdə uşaqlara təsir etmək və uşaqların idmanda iştirakının mühümlüyünü vurğulamaqda UNİCEF-ə dəstək verəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43