İdman

ASAPES rektoru Karlov Universitetinin rektoru ilə görüşdü

13 mart tarixində ASAPES rektoru Fuad Hacıyev Çexiyaya səfəri çərçivəsində Karlov Universitetinin rektoru Milena Kraliçkova ilə görüşdü.

İdmanxeber.az-ın məlumatına görə, görüşdə Karlov Universiteti, xüsusilə də Bədən Tərbiyəsi və İdman fakültəsi ilə davam edən əməkdaşlıq, atılan addımlar və gələcək planlar müzakirə edildi.

Əsas hədəfin fizioterapiya üzrə ikili bakalavr və magistr proqramlarının hazırlanması olduğu vurğulandı və bu istiqamətdə işlər aparılması üçün KU professorlarının hazırda Akademiyada tədrisə cəlb olunması xüsusi qeyd edildi.

Rektor həmçinin 21 dekabr 2023-cü ildə Karlov Universitetində baş vermiş terror hücumu nəticəsində həlak olan tələbələrin xatirəsinə həsr edilmiş xalçanı xanım Kraliçkovaya təqdim etdi və hadisənin baş verdiyi Yan Palaç korpusu önündəki monumentin qarşısına gül dəstəsi qoydu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43