Dünya futbolu

“Qalatasaray” braziliyalı oyunçusuyla yolları ayırmağı düşünür

”Qalatasaray” yayda Tete ilə yolları ayırmağı düşünür.

İdmanxeber.az Türkiyənin “Fanatik” nəşrinə əsasən xəbər verir ki, “sarı-qırmızılı klub braziliyalı oyunçuya gələn təklifləri dəyərləndirəcək.

Tete ötən ilin yayında azad agent kimi “Qalatasaray”a keçib. O, bu mövsüm 38 oyunda 3 qol vurub və 6 məhsuldar ötürmə edib.

Transfermarkt portalına görə braziliyalı vingerin dəyəri 20 milyon avrodur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43