Dünya futbolu

Asiya kuboku: İran yarımfinalda

Birləşmiş Ərəb Əmirliyində davam edən Asiya Kuboku – 2019-da İran millisi yarımfinala vəsiqə qazanıb.

Əbu Dabi şəhərindəki “Muhammed ibn Zayyed” stadionunda keçirilən qarşılaşmada İran Çin yığmasını 3:0 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb. İran millisi yarımfinalda Yaponiya ilə qarşılaşacaq.

Digər yarımfinalçılar isə bu gün keçiriləcək Cənubi Korea – Qətər və BƏƏ- Avstraliya matçlarından sonra bəlli olacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43