Kateqoriyasız

“Atletik”in baş məşqçisi: “İnter”ə hörmətlə yanaşırıq”

Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “İnter” (Azərbaycan) – “Hafnarfyordur” (İslandiya) cütünün qalibi 3 -cü təsnifat mərhələsində qarşılaşacaq rəqibi müəyyənləşib. Rəqib İspaniyanın “Atletik Bilbao” klubudur.

İdmanxeber.com-un məlumatına görə, İspaniyanın “Atletik” klubunun baş məşqçisi Ernesto Valverde Avropa Liqasının III təsnifat mərhələsinin püşkünü dəyərləndirib.

“Hər iki ölkəyə uzun yol qət edəcəyik.  Bu komandalar rəsmi yarışda mübarizə aparırlar.  Buna görə də onlara hörmətlə yanaşırıq.  Biz mövsümöncəsi yoldaşlıq görüşləri keçirsək də,  onlar rəsmi yarışda mübarizə aparırlar”

Qeyd edək ki,  ilk oyun – “Hafnarfyordur”- “İnter 1:2 hesabı ilə qonaqların xeyrinə yekunlaşmışdır. Cavab matçı iyulun 23-ü saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43