Dünya futbolu

“Atletiko” Qrizmannla bağlı qərarını verdi

“Atletiko” hücumçusu Antuan Qrizmannın gələcəyi ilə bağlı qərar verib.

İdmanxeber.az-ın məlumatına görə, klub rəhbərliyi fransalı ilə əməkdaşlığı davam etdirmək istəyir. Tərəflər müqavilənin yekun detallarını müzakirə edirlər.

Futbolçunun hazırkı sözləşməsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Bu mövsüm o, 47 oyun keçirib, 24 qol vurub və 8 məhsuldar ötürmə edib.

Əvvəllər Qrizmann Səudiyyə Ərəbistanından olan klubla maraqlanırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43