Ölkə futbolu

İddialı Bakı klubu bölgəyə köçür – danışıqlar başlayıb

Azərbaycan II Liqasında mübarizə aparan “Şəfa” klubunun yeni sponsor tapdığı xəbərini vermişdik. Paytaxt təmsilçisi növbəti mövsümdən daha iddialı komanda qurmaq istəyir. Klub rəhbərliyinin əvvəlcə Bakını təmsil etmək niyyəti olsa da, sonradan fikrini dəyişib.

Belə ki, Futbolun İnkişaf Fondunun təşəbbüsü ilə komanda bölgələrdən birinə üz tutacaq. Artıq həmin rayonun adı da bəllidir. “Şəfa” növbəti mövsümdən böyük ehtimalla İsmayıllını təmsil edəcək. Komanda ev oyunlarını məhz bu rayonda keçirmək niyyətindədi.

Artıq bununla bağlı ciddi addımlar atılıb. FİF rəhbərliyi klubun razılığını alıb və bu günlərdə İsmayıllı rayonunda bununla bağlı görüşlər keçirəcək.

Xatırladaq ki, “Şəfa” cari mövsüm Azərbaycan II Liqasında 13-cü yeri tutub. Komanda növbəti mövsüm də bu liqada qalmaq üçün Region Liqası finalçısı ilə pley-off oynayacaq. 

İdmanxeber.az/ Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43