Dünyadan

“AVRO-2016”: Bu komandalar püşkdə Türkiyəyə rəqib ola bilməyəcək

“Aro-2016″nın pley-off oyunlarının başa çatması ilə yarışda iştirak edəcək bütün komandalar və onların qərarlaşacağı səbətlər məlum olub.

İdmanxeber.com-un məlumatına görə, azərbaycnalı futbolsevərlərin diqqətdə saxladığı Türkiyə millisi püşkatma zamanı sonuncu – 4-cü səbətdə yer alacaq. Bu isə o deməkdir ki, Türkiyə ilə eyni səbətdə qərarlaşan Uels, Şimali İrlandiya, Albaniya, İslandiya və İrlandiya “ay-ulduzlular”la eyni qrupda mübarizə apara bilməyəcək.

Ümumilikdə isə səbətlər belədi:

1.Səbət: Fransa, İspaniya, Almaniya, İngiltərə, Portuqaliya, Belçika

2.Səbət: İtaliya, Rusiya, İsveçrə, Avstriya, Xorvatiya, Ukrayna

3.Səbət: Çexiya, Polşa, Rumıniya, Slovakiya, Macarıstan, İsveç

4.Səbət: Türkiyə, İrlandiya, İslandiya, Uels, Albaniya, Şimali İrlandiya


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43