Kateqoriyasız

AVRO-2016: bugünün proqramı

Bakıda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatında bu gün qrup mərhələsində 3-cü turun oyunlarına start veriləcək. 

İdmanxeber.com-un məlumatına görə, baş tutacaq 4 görüşdən sonra “A” və “B” qrupundan 1/4 finala adlayacaq komandaların adları məlum olacaq.

Qeyd edək ki, artıq Portuqaliya və Avstriya yığmaları növbəti mərhələyə vəsiqəni təmin ediblər. Şotlandiya və Bonsiya və Hersoqovina milliləri isə 1/4 final şansını itiriblər. “A” qrupunda ikinci vəsiqə Belçika və ya Azərbaycan, “B” qrupunda isə Almaniya, yaxud Ukrayna yığmalarına qismət olacaq.

“A” qrupu

16:00 Şotlandiya – Azərbaycan

16:00 Portuqaliya – Belçika 

“B” qrupu

19:15 Almaniya – Avstriya

19:15 Bosniya və Hersoqovina – Ukrayna



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43