Dünyadan

AVRO-2024: Türkiyədən heç-heçə, Xorvatiya Ermənistanı məğlub etdi – Gecənin nəticələri

Bu gün AVRO-2024-ün seçmə mərhələsinin qruplarında son turun oyunları keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, Türkiyə millisi səfərdə Uelslə qarşılaşıb. 2 qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 1:1. Bu nəticə Türkiyə millisini qrupda lider kimi tamamlamağa yetərli olub. 

Qrupun digər oyununda Xorvatiya Ermənistana qalib gələrək Avropa çempionatına vəsiqə əldə edib.

AÇ-2024, seçmə mərhələ, 9-cu tur

21 noyabr

B qrupu
23:45. Cəbəllütariq – Niderland 0:6
23:45. Yunanıstan – Fransa 2:2
Xal: Fransa – 22, Niderland – 18, Yunanıstan – 13, İrlandiya – 6, Cəbəllütariq – 0

D qrupu
23:45. Xorvatiya – Ermənistan 1:0
23:45. Uels – Türkiyə 1:1
Xal: Türkiyə – 19, Xorvatiya – 16, Uels – 11, Ermənistan – 8, Latviya – 3

İ qrupu
23:45. Andorra – İsrail 0:2
23:45. Kosovo – Belarus 0:1
23:45. Rumıniya – İsveçrə 1:0
Xal: Rumıniya – 22, İsveçrə – 17, İsrail – 15, Belarus 12, Kosovo – 11, Andorra – 2


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43