Bu gün AVRO-2024-ün final mərhələsinin püşkatması keçirilib.
İdmanxeber.az xəbər verir ki, tədbir saat 21:00-da başlayıb.
Püşkatmada 21 milli komanda iştirak edib. Avropa çempionatına yollanacaq son üç komandanın adı isə pley-off görüşlərindən sonra dəqiqləşəcək.
Xatırladaq ki, turnirə Almaniya ev sahibliyi edəcək.
AÇ-2024
A qrupu: Almaniya, Şotlandiya, Macarıstan, İsveçrə
B qrupu: İspaniya, Xorvatiya, İtaliya, Albaniya
C qrupu: Sloveniya, Danimarka, Serbiya, İngiltərə
D qrupu: Niderland, Avstriya, Fransa, (Polşa, Uels, Finlandiya, Estoniya millilərindən biri)
E qrupu: Belçika, Slovakiya, Rumıniya (İsrail, Ukrayna, İslandiya və Bosniya və Herseqovina millilərindən biri)
F qrupu: Türkiyə, Portuqaliya, Çexiya (Gürcüstan, Yunanıstan, Lüksemburq, Qazaxıstan millilərindən biri)
Qeyd edək ki, Avropa çempionatı 14 iyun – 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.