Dünyadan

Vüsaldan 1 qol və 1 assist, komandasından darmadağın – VİDEO

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin şərəfini qoruduğu “Eqnatia” Albaniya çempionatında növbəti qələbəsini qazanıb.

İdmanxeber.az-ın məlumatına görə, komanda öz meydanında  “Vllaznia”nı darmadağın edib – 3:0.

Vüsal start heyətində yer alıb və 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Bu onun cari mövsümdə 5-ci qolu olub.

Qeyd edək ki, “Eqnatiya” turnir cədvəlində 33 xalla 1-cidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43