Dünya futbolu

AVRO-2024-ün PÜŞKÜ ATILDI: Türkiyə millisinin rəqibləri bilindi

Bu gün AVRO-2024-ün final mərhələsinin püşkatması keçirilib.

İdmanxeber.az xəbər verir ki, tədbir saat 21:00-da başlayıb.

Püşkatmada 21 milli komanda iştirak edib. Avropa çempionatına yollanacaq son üç komandanın adı isə pley-off görüşlərindən sonra dəqiqləşəcək. 

Xatırladaq ki, turnirə Almaniya ev sahibliyi edəcək.

AÇ-2024 

A qrupu: Almaniya, Şotlandiya, Macarıstan, İsveçrə

B qrupu: İspaniya, Xorvatiya, İtaliya, Albaniya

C qrupu: Sloveniya, Danimarka, Serbiya, İngiltərə

D qrupu: Niderland, Avstriya, Fransa, (Polşa, Uels, Finlandiya, Estoniya millilərindən biri)

E qrupu: Belçika, Slovakiya, Rumıniya (İsrail, Ukrayna, İslandiya və Bosniya və Herseqovina millilərindən biri)

F qrupu: Türkiyə, Portuqaliya, Çexiya (Gürcüstan, Yunanıstan, Lüksemburq, Qazaxıstan millilərindən biri)

Qeyd edək ki, Avropa çempionatı 14 iyun – 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43