Ölkə futbolu

“Ruhdan düşmədik, geri dönüş etdik” – Ayxan Abbasov

“Oyunun gərgin keçəcəyi məlum idi. Təəssüf ki, birinci hissədə iki ya üç hücum oldu, onun ikisi qol oldu”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov deyib. O, daha sonra belə davam edib:

“Bizim də epizodlarımız oldu. Elə ilk dəqiqədə hesabı aça bilərdik. Bundan sonra bizim qapımızda qol oldu. 0:2-dən sonra fasilədə futbolçularıma bu oyunu davam etdirməyi tapşırdım. Ruhdan düşmədik, geri dönüş etdik. Qələbə də qazana bilərdik. Çox güc sərf etdik. Ümumiyətlə maraqlı oyun oldu. Azarkeşlərimizə dəstəklərinə görə təşəkkür edirəm. Komandaya ruh verdilər. Qələbə qazanmaq istəyirdik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43