Ölkə futbolu

Avropa Liqası: “Qarabağ” “Hakken”i məğlub etdi- YENİLƏNİB

“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda İsveçdə “Hakken”in qonağı olub.

Görüş Ağdam təmsilçisinin qələbəsi ilə başa çatıb – 1:0. Matçda yeganə qolu Juninyo vurub. Bu qələbə ilə “Köhlən atlar” xallarının sayını 6-ya çatdırıb.

Qrupun digər oyununda isə “Bayer” səfərdə “Molde”ni məğlub edib – 2:1. İki oyunda maksimum nəticə göstərən Almaniya təmsilçisi “Qarabağ”la bərabər 1-2-ci pilləni bölüşür.

UEFA Avropa Liqası, qrup mərhələsi

II tur

H qrupu

23:00. “Hakken”  – “Qarabağ” 0:1

Qol: Juninyo, 70

Baş hakim: Sebastian Qishamer (Avstriya).

Höteborq. “Ullevi” stadionu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43