Dünyadan

Nə “Liverpul”, nə “Roma” – “Qarabağ” bunu bacaran iki klubdan biridi!

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin ikinci matçında da meydanı qələbə ilə tərk edib.

İdmanxeber.az-ın məlumatına görə, “köhlən atlar” İsveçin “Hakken” klubunu səfərdə məğlub edərək iki oyunda maksimum nəticə əldə etmiş olub – 1:0. 

“Qarabağ” AL-in qrupunda baş tutan iki matçda da qələbə qazanan 7 komandadan biridi. Ağdam klubu həmçinin qol buraxmadan maksimum nəticə əldə edən 2 klubdan biridi.

Belə ki, Çexiya “Slaviya”sı da iki oyundan 6 xal toplayıb və qapısını toxunulmaz saxlaya bilib.

Maraq üçün qeyd edək ki, turnirin digər iddialıları – “Liverpul”, “Roma”, “Atalanta”, “Sportinq” və digərləri rəqiblərinin qol vurmasına mane ola bilməyib. 

Elnur


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43